Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı AÇIQLAMA

18:53 - 26 Fevral 2021 - Xəbər

Dini mərasimlər və toyların təşkilinin bərpası ilə bağlı müvafiq addımlar atılacaq. 

Bunu jurnalistlərə açıqlamasındə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, toy və yas mərasimlərinin keçirilməsinə icazə verilməsi operativ qərargahən səlahiyyətindədir:

“Həmin qurum bununla bağlı tibbi mütəxəssislərin pandemiya ilə bağlı yaranmış vəziyyəti nəzərə alaraq qərarlar qəbul edəcək”.

Xəbər xətti