Gürcüstanda bəzi məhdudiyyətlər ləğv olunur

16:28 - 24 Fevral 2021 - DÜNYA

Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.
Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.

Martın 1-dən isə dövlət və özəl uşaq bağçaları açılacaq.

Xəbər xətti