Okeanoloq B.A.Şlyamin bu barədə yazıb: “Milyon illərlə ölçülən olduqca uzun dövr ərzində Aralıq, Qara, Azov və Xəzər dənizləri dünya okeanı ilə əlaqəsi olan geniş bir dəniz hövzəsi təşkil edib. Bu hövzə dəfələrlə öz şəklini, sahəsini, dərinliyini dəyişib, ayrı-ayrı hissələrə bölünüb və yenidən bərpa olub”.

Pallas həmçinin yüksək dəniz səviyyəsinin izlərini Xəzəryanı ovalıq ərazidə dənizin ortasındakı adalar kimi səpələnmiş kiçik təpələrdə də tapıb. O, bu təpələrin yamaclarında çıxıntılar və ya terraslar aşkar edib. Bu çıxıntıları yalnız davamlı şəkildə sahilə vuran dəniz dalğaları yarada bilərdi.

Əgər hazırda Xəzərin suyunun minimum həddi müşahidə olunursa, bu halda suyun səviyyəsinin yüksəlməsini nə vaxt gözləməliyik?

“Xəzər səviyyəsinin sonuncu dəfə yüksəlməsi bizim gözlərimiz qarşısında 1978-ci ildən 1995-ci ilə qədər baş verib. Dəniz səviyyəsinin yüksəlməsi gözlənilməz olmaqla bərabər, eyni zamanda, bir sıra mənfi fəsadlara da səbəb olub. Nəhayət təsərrüfat, infrastruktur və sahilyanı ərazilərin əhalisi artıq aşağı səviyyəyə uyğunlaşdırılıb. Geniş ərazilər, xüsusən Dağıstanın şimal hissəsi, Kalmıkiya və Həştərxan əyaləti sel və daşqın bölgəsində yer alıb.
Səviyyənin artmasından Dərbənd, Kaspiysk, Mahaçqala, Sulak, Laqan şəhərləri və onlarla digər kiçik yaşayış bölgələri əziyyət çəkib. Kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsi sular altında qalıb. Yol və elektrik xətləri, sənaye müəssisələrinin mühəndis strukturları və kommunal xidmətlər dağılıb”, - alim qeyd edib.
Ekspertlərin fikrincə, XX əsrdə Xəzər dənizinin səviyyəsi 3.5 m səviyyəsində dəyişmiş, əvvəlcə azalmış, sonra kəskin yüksəlmişdir. Xəzərin 10 il sonra özünü necə aparacağını proqnozlaşdırmağa heç kim cürət etmir. Lakin bu dənizin dəyişmək xüsusiyyətinə malik olması Xəzərsahili şəhərlərin riskdə olması ehtimalını saxlayır.
Artıq yapon alimləri dənizin su səviyyəsinin kəskin yüksəlməsi halında Xəzərin mümkün sərhədlərini proqnozlaşdırıblar. Təsvirlərdən göründüyü kimi, şimaldakı şəhərlər və rayonlar daha çox risk bölgəsində yerləşir.