Yanvarda elektrik enerjisi istehsalı artıb

20:01 - 4 Fevral 2019 - Xəbər

“Azərenerji” ASC yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib.

Bu barədə "Ölkə.Az"a “Azərenerji” ASC-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2.123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.

Bu ilin yanvar ayında istehsal edilən 2.126 milyard kvts elektrik enerjisindən 191.9 milyon kvts qonşu ölkələrə ixrac olunub. 

Xəbər xətti