Səhiyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsindən azad edilib

15:32 - 4 Fevral 2019 - Xəbər

Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Mustafayeva vəzifəsindən azad edilib. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Mustafayeva Qida Təhlükəsizliyi Agentliyində aparat rəhbəri vəzifəsində çalışacaq. "Dövlət qulluğu haqqında" Qanununun 29.2-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq və Qida Təhlükəsizlik Agentliyinin 10.01.2019-cu il tarixli 1/12-045 nömrəli məktubunu nəzərə alıb, Səhiyyə Nazirliyi Aparatının rəhbəri Zəkiyyə Müslüm qızı Mustafayeva Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinə keçməsi ilə əlaqədar 01.02.2019-cu il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilib.

Xəbər xətti