Rusiyanın məşhur reperi vəfat etdi

11:43 - 3 Fevral 2019 - Xəbər

Detsl ləqəbi ilə tanınan Rusiyanın məşhur reperi Kiril Tomatskiy 35 yaşında dünyasını dəyişib. 

Bu haqda onun atası prodüser Aleksadr Tomatskiy Vkontakte rəsmi hesabında məlumat paylaşıb. "Kiril daha bizlə deyil" - Aleksandr yazıb. Musiqiçinin nədən vəfat etməsi hələdə rəsmi olaraq açıqlanmayıb. Detslın konsertlərinin rəhbəri Pavel Belenetsin söylədiyinə görə, sənətçinin ürəyi Rusiyanın İjevsk şəhərində verdiyi konsertdən sonra dayanıb.

Qeyd edək ki, Kiril Tomatskiy eks "Bad B Alyans" qrupunun üzvü olub. Yaradıcılığı zamanı o 8 disk və albom buraxıb. Detslın sevilən mahnıları arasında «Вечеринка», «Слезы», «Письмо» и «Для тебя» adlı məşhur hitləri var. Sənətçi Moskva-Britaniya beynəlxalq məktəbini bitirib. Təhsilini isə İsveçrədə alıb. «Пятница» adlanan ilk debut repini isə Detsl atası Aleksandr Yakovleviçin köməyi və dəstəyi ilə ərsəyə gətirib.

Atası musiqiçinin gələcək karyerasına yardımçı olan ilk insanlardan olub.oxu.az

Xəbər xətti