Bakıda gənclərin ən böyük fleşmobu keçirilib

19:27 - 2 Fevral 2019 - Xəbər

Dənizkənarı Milli Parkda 2 fevral – Gənclər Günü münasibətilə gənclərin ən böyük “Yallı” fleşmobu olub.

Fleşmob Azərbaycan Respublikasının Gənclər Fondu, Dənizkənarı Bulvar İdarəsi, “Mədəniyyət” kanalı¸ Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb. Fleşmobda gənclərin milli rəqslərimizin sədaları altında nümayiş etdirdikləri həmrəylik maraqla izlənilib.

Qeyd edək ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. AzərTac

Xəbər xətti