Ölkəyə qanunsuz yolla siqaret gətirilməsinin qarşısı alınıb

15:11 - 2 Fevral 2019 - Xəbər

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşı ilə şifahi sorğu-sual aparılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlamasında avtomobilin yük yerində döşəmənin altında 3 000 ədəd "LD Club" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Emin


Xəbər xətti