Tanınmış teleaparıcı, ATV kanalının əməkdaşı Ranar Musayevə AzTV-də vəzifə verilib.
Bu barədə jurnalist Türkan Məmmədli sosial şəbəkədə məlumat yayıb. O, aparıcının bir neçə gündür kanalın bədii rəhbəri vəzifəsini icra etdiyini qeyd edib. R. Musayev ötən gün rəsmi olaraq işə başlayıb. Aparıcıdan əvvəl sözügedən vəzifəyə Etibar Babayev rəhbərlik edirdi.
Yeni rəhbər Rövşən Məmmədov işçilərin Babayevdən narazılığını qeyd alaraq onu işdən azad edib.qafqazinfo