Binə qəsəbəsində qadınlar yol düzəldir - Foto

10:21 - 2 Fevral 2019 - Xəbər

Bakının Binə qəsəbəsi Sovxoz yaşayış ərazisində yollar bərbad vəziyyətdədir.

Ucnoqta.az xəbər verir ki, qəsəbədən çəkilmiş fotoları sosial şəbəkədə jurnalist Zülfiyyə Quliyeva paylaşıb. Foto Binə kəndinin Südçülük adlanan ərazisindəndir. Belə ki, ərazidə yaşayan qadın və uşaqlar yolları düzəltməyə cəhd edirlər.

Qeyd edək ki, bir neçə il öncə qəsəbənin əsas yolu təmir edilsə də küçələrarası yollar təmir edilmədi. Bu da hər dəfə yağıntılı hava şəraitindən sonra belə mənzərənin yaranmasına səbəb olur. Yollar avtomobillərin və piyadaların hərəkəti üçün keçilməz səddə çevrilir. 


Xəbər xətti