Tanınmış türk aktyor vəfat etdi
00:23 - 2 Fevral 2019 - Xəbər
Türkiyənın tanınmış teatr və kino aktyoru Turqut Arseven vəfat edib.
“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə yazar Onur Kay məlumat yayıb.
Onun sözlərinə görə, 72 yaşlı aktyorla vida mərasimi fevralın 2-i Şəhər Teatrları mərkəzində baş tutacaq.
Bir çox serial və filmlərdə çəkilən aktyora "Milyarder" (1986) kinosundakı rolu məşhurluq gətirib.