Almaniyanın Köln şəhəri yaxınlığında alban və serblərdən ibarət bir qrup azərbaycanlılara hücum edib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, buna səbəb alban və serblərin nalayiq hərəkətləri və həmin ərazidə yanlarında həmyerli qadınların da olduğu azərbaycanlıların sərt reaksiyası olub.
Bundan hiddətlənən 10-12 nəfərdən ibarət bir qrup serblər və albanlar azərbaycanlılara soyuq silahlarla hücum edib. Nəticədə Surxay və Ruslan adlı azərbaycanlı xəsarət alıb.
Hücum edən qrupun 5 üzvü isə polis tərəfindən saxlanılıb.