Sosial şəbəkələrdə minlərlə səhifə silindi

20:57 - 1 Fevral 2019 - Xəbər

Tvitter, Facebook və İnstaqram kimi sosial media platformalarında İran, Rusiya, Venesuela və Banqladeş mərkəzli minlərlə saxta profil silinib.

Səhifələr səhv məlumat paylaşma ittihamı ilə ləğv edilib. Tvitterdən verilən açıqlamaya əsasən, Venesuelada “ölkə daxilindəki insanları hədəfləyən dövlət dəstəkli təsir kampaniyası” aparan mindən çox profil bağlanıb. Bundan başqa İranda 2.167 pis məqsədlə açılmış səhifə aşkar edilib və bağlanıb. Rusiya və Banqladeşdə də yalan məlumat yayan səhifələr bağlanıb.

Bu açıqlamadan qısa müddət sonra Facebook və İnstaqram da eyni addımları atdıqlarını bəyan ediblər.
“İran ilə əlaqəli olaraq saxta fəaliyyət göstərən 783 qrup, səhifə və profil bağlanıb”, - deyə Facebook-dan açıqlama verilib.olke.az

Xəbər xətti