Yanvar ayı ərzində 162 ədəd mina və PHS zərərsizləşdirilib

17:10 - 1 Fevral 2019 - Xəbər

ANAMA: 2019-cu ilin yanvar ayı ərzində 48,69 hektar ərazi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənib

2019-cu ilin yanvar ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərləri ərazisində 486,894 m² (48.69 ha) ərazi yoxlanılmış, 158 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə və 3 ədəd tank əleyhinə mina (cəmi 162 ədəd) aşkar edilərək zərərsizləşdirilib. 

ANAMA-dan Ucnoqta.az-a verilən məlumata görə, əməliyyatlarda 477 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 532,656,082 m² (53,265.61 ha) ərazi təmizlənmiş, 801,317 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib. 

Yanvar ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzindən – 12 (on iki), Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 6 (altı), Dövlət Sərhəd Xidmətindən (DSX) - 5 (beş) və Suraxanı rayon Polis şöbəsindən - 2 (iki) müraciət daxil olub (cəmi çağırış: 25).

Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 20,600 kv.m ərazi yoxlanılıb, 84 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Emin

Xəbər xətti