Qubada qanunsuz ov edən şəxs tutulub

18:31 - 1 Fevral 2019 - Xəbər

Qubada qanunsuz ov edən şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 31-də qanunsuz ov etdiyinə görə Quba rayonu, 2-ci Nügədi kənd sakini Firudin Həbibov Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan zaman həmin şəxsdən 1 ədəd “Tula” markalı ov tüfəngi və 5 ədəd patron, habelə ovladığı 2 ədəd çöl göyərçini götürülüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər xətti