Prezident İlham Əliyev gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Cabbarov Azad Vaqif oğlu
“Tərəqqi” medalı ilə
Əsgərli Asif Məmməd oğlu
Qədirov Vüqar Kərim oğlu
Orucov İlqar Nəcibəddin oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İskəndərov Vüqar Yapon oğlu
Quliyev Rüfət Mətləb oğlu
Nəcəfli Kamal Məmməd oğlu