Bakıda daha bir yeni salınan yolda Problem - Video-Yenilənib

12:19 - 1 Fevral 2019 - Xəbər

Yasamal rayonu ərazisində salınan yeni yolda problem yaranıb.

“ASAN xidmət”in yaxınlığından keçən və A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxır. Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYD) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirib ki, sözügedən ərazidə kanalizasiya lyuku daşıb:

“Ərazidə qoyulan kanalizasiya sistemi dolub və su lyukdan çölə daşıb. Lakin içərisini təmizlədikdən sonra yenidən qapağı bağlanacaq ki, yolda heç bir problem yaşanmasın”.

Qeyd edək, videonu “Facebook” sosial şəbəkəsində İlkin Kərimov yayıb.

***

Yasamal rayonu ərazisində salınan, A.M.Şərifzadə küçəsini dairəvi yolla birləşdirən yeni yoldan su çıxmasına səbəb kanalizasiya xətlərində baş verən sızma olub. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd edilir ki, kanalizasiya xətləri köhnə olduğundan sızma baş verib: “Hazırda əməkdaşlarımız hadisə yerinə cəlb edilib. Qısa müddətdə yaranan problem aradan qaldırılacaq”.

oxu.az

Xəbər xətti