Parlamentin komissiyalarının yeni tərkibi təsdiq edilib - SİYAHI

12:14 - 1 Fevral 2019 - Xəbər

Azərbaycan Milli Məclisinin İntizam komissiyasının və Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib.

Bununla bağlı məsələ parlamentin 2019-cu il yaz sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılıb. 
İntizam Komissiyasının tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Kamran Nəbizadə komissiyanın tərkibindən çıxarılıb.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.

Qanunverici orqanın Hesablayıcı komissiyasının isə tərkibi dəyişməyib.
Komissiyaya Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Rafael Hüseynov, Zahid Oruc, Mixail Zabelin və Sədaqət Vəliyeva daxildir.report

Xəbər xətti