“Bir maşın nişanları aşırıb, ikinci də çuxura düşüb” -Video

10:32 - 1 Fevral 2019 - Xəbər

“İnanmıram ki, qazılmış ərazidə təhlükəsizlik tədbirləri görülməmiş olsun”. 

Ucnoqta.az xəbər verir ki, bu sözləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektində qazılmış çuxurla bağlı “Qafqazinfo”ya açıqlamasında deyib. Bildirib ki, qazıntı işləri ərazidən keçən magistral su kəmərində problem yarandığı üçün aparılıb:
“Babək prospektinin köməkçi yolunda su sızması baş vermişdi. Qəzanın aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən qazıntı işlərinə başlanılıb. Məndə olan məlumata görə, təhlükəsizlik tədbirləri görülüb. Sadəcə olaraq qabaqdan gələn maşın nişanları aşırıb, ikinci maşın isə çuxura düşüb”.

Xatırladaq ki, 99-CA-956 dövlət nömrə nişanlı “Mercedes” ötən axşam prospektdə qazılmış çuxura düşüb. Hadisə yerinə təcili yardım briqadası və avtomobili çuxurdan çıxarmaq üçün xüsusi texnika çağırılıb.  

Xəbər xətti