Türkiyədə ağır qəza: çoxlu sayda ölü və yaralı var

23:00 - 31 Yanvar 2019 - Xəbər

Türkiyənin Adana şəhərinin mərkəzində yerləşən Yüreğir rayonunda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Solaklı məhəlləsində hərəkət edən mikroavtobusla ağır texnika toqquşub. Bildirilir ki, hadisə nəticəsində çox sayda ölən və yaralanan var.
Hadisə yerinə təcili tibbi yardım maşınları və xilasedicilər cəlb olunub.

Xəbər xətti