Bakıda ikimərtəbəli ev yanıb

21:44 - 31 Yanvar 2019 - Xəbər

Bakının Xəzər rayonunda ikimərtəbəli ev yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti