Tatarıstandan Azərbaycana əlavə aviareyslər olacaq

20:49 - 31 Yanvar 2019 - Xəbər

Rusiyanın Tatarıstan bölgəsinin “Beqişovo” Beynəlxalq Hava Limanından Azərbaycana aviareyslər həyata keçiriləcək. 

Bu barədə aeroportun internet səhifəsində bildirilir. Uçuşların Azərbaycanın konkret olaraq hansı şəhərlərinə yerinə yetiriləcəyi açıqlanmasa da, bu ildən baş tutacağı qeyd olunub. Azərbaycanla yanaşı, Özbəkistana da aviareyslər planlaşdırılır. Sözügedən hava limanı Tatarıstanın Tukayevski rayonunda, Nijnekamsk şəhərinin mərkəzidən 19 kilometr cənub-şərqdə, Naberejniye Çelnı şəhərinin mərkəzindən isə 27 km cənub-qərbdə yerləşir.

Qeyd edək ki, hazırda Azərbaycanın aşağı büdcəli aviaşirkəti - "Buta Airways" Tatarıstanın paytaxtı Kazana aviareyslər həyata keçirir.report

Xəbər xətti