Burada kiçik ailə təsərrüfatlarında təbii şəraitdə ABADçılar tərəfindən hazırlanan məhsulları əldə etmək mümkündür.
Qeyd edək ki, bununla da “ABAD”ın Bakı şəhərində yerləşən supermarketlərdəki bakaleyalarının sayı 4-ə çatıb.
“ABAD” bakaleya – “Bravo” Əhmədli hipermarket;
“ABAD” bakaleya – “Bravo” Koroğlu hipermarket;
“ABAD” bakaleya – “Bravo” Gənclik Mall Superstore;
“ABAD” bakaleya – “Bravo” “20 yanvar” hipermarket.
Xatırladaq ki, “ASAN xidmət” tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs ölkə başçısının Fərmanı ilə 2016-cı ildə yaradılıb. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə fəaliyyət göstərir.