Dərman preparatlarını avtomobilin mühərrikində gizlətdi
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda saxlanılan, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Sorğu-sual vaxtı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsədə, gömrük baxışı zamanı avtomobilin mühərrikinin arxa hissəsində gizlədilən, üzərində "Adrenalin" yazısı olan 1490 ədəd ampula aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.