Dövlət Bayrağı Gününə həsr olunan veloyürüş keçirilib

11:14 - 5 Noyabr 2017 - Xəbər

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) velosiped klubunun təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə bu gün Bakıda “Bayrağımız qürur mənbəyimizdir” devizi altında veloyürüş keçirilib. Trend-in məlumatına görə, yürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, DTX-nin velosiped klubunun üzvləri və həvəskar velosipedçilər iştirak ediblər. DTX-nin binası qarşısından start götürən veloyürüş Heydər Əliyev Sarayının qarşısında başa çatıb.

Xəbər xətti