Bank kartlarından 8 min manatdan çox pul oğurlanıb

12:12 - 6 İyun 2025 - Xəbər

İyunun 5-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 2200, 1950, 1050, 940, 580, 300, 252, 226, 202, 200, 200, 128, 101 və 65 manat kimi rəqəmlər qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz", - deyə məlumatda qeyd edilib.

DİN vətəndaşları bir daha xəbərdar edib:

• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.

Xəbər xətti