Sankt-Peterburqda prezidentlərin görüşü başladı

16:32 - 20 İyun 2016 - Xəbər

Sankt-Peterburqda Rusiya və Ermənistan prezidentləri Vladimir Putin və Serj Sarqsyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirəsi çərçivəsində görüşü başlayıb.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 
Ermənistanın dövlət başçısı Rusiya prezidenti ilə görüşü zamanı vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi yalnız sülh yolu ilə həll olunmalıdır.
Daha sonra Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü gözlənilir, bundan sonra isə üç prezident birgə danışıqlar aparacaq.

Xəbər xətti