Kamçatkada 6.0 və 5.7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Tədqiqatı" Federal Tədqiqat Mərkəzinin Kamçatka şöbəsi məlumat verib.
Dərc olunmuş məlumatlar göstərir ki, təkanlar iyulun 15-də, aralarında altı dəqiqə fərqlə qeydə alınıb.
6.0 bal gücündə zəlzələ 64.6 km dərinlikdə, 5.7 bal gücündə zəlzələ isə 72 km dərinlikdə qeydə alınıb.