İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK, İranın elit hərbi bölməsi) Bəhreyndə silah anbarlarına, peyk rabitə mərkəzinə və ABŞ hərbçilərinin yerləşdiyi bazaya zərbələr endirdiyini iddia edib.
Ucnoqta.az bildirir ki, bu barədə Nour News agentliyi məlumat yayıb.
Agentlik İİKK-ya istinadən bildirib ki, "İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndə Əl-Cufayr bazasında bir neçə silah anbarına, peyk rabitə mərkəzinə və ABŞ hərbçilərinin yerləşdiyi binaya raket və pilotsuz təyyarələrlə zərbələr endirib və onları məhv edib".