“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib,
Ucnoqta.az xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndinə 21 ailəyə (87 nəfər), Güneyxırman kəndinə isə 18 ailəyə (72 nəfər) köçürülüb.
Köçürülən sakinlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.