Ucnoqta.az
www.ucnoqta.az

Xocavəndin 2 kəndinə ilk köç çatıb

14:17 - 8 İyul 2026 tarixində dərc olunub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç prosesi gerçəkləşib,

Ucnoqta.az xəbər verir ki, bu gün Xocavəndin Quzeyxırman kəndinə 21 ailəyə (87 nəfər), Güneyxırman kəndinə isə 18 ailəyə (72 nəfər) köçürülüb.

Köçürülən sakinlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıblar.

Müəllif: Ucnoqta.az redaksiyası