İran ABŞ-ı memorandumu pozmaqda ittiham edib

07:27 - 8 İyul 2026 - DÜNYA

İran Məclisinin (Parlament) sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ı İslamabad Anlaşma Memorandumunu ciddi şəkildə pozmaqda ittiham edib. 

Ucnoqta.az xəbər verir ki, o, bunu özünün X səhifəsində yazıb.

Əsas pozuntular arasında İran gəmilərinin Hörmüz boğazından keçidinin pozulması, hərbi zərbələrin təkrarlanması ilə bağlı davamlı təhdidlər, neft sanksiyalarının yenidən tətbiqi, İsrailin Livana qarşı davam edən təcavüzü və İranın cənubuna zərbələr yer alıb.

Qalibaf əlavə edib ki, "qorxutma və şantaj dövrü bitib" və respublikanı şantaj etmək cəhdləri heç bir nəticə verməyəcək.

Xəbər xətti