Nazir müavini partlayışda yaralandı

14:35 - 7 İyul 2026 - DÜNYA

Suriya Turizm Nazirinin müavini Fərəc əl-Qaşquşi Dəməşqin mərkəzində baş verən partlayışlarda yaralanıb.

Ucnoqta.az xəbər verir ki, Əl-Məyadin Suriya rəsmisinin yüngül xəsarətlər aldığını bildirib.

Kanalın məlumatına görə, bu səhər Suriyanın Turizm Nazirliyinin binasının yaxınlığında Suriya təhlükəsizlik qüvvələri onları zərərsizləşdirməyə çalışarkən bombalar partlayıb. Bombalardan biri zibil qutusuna, digəri isə park edilmiş avtomobilə qoyulub.

Partlayış dalğası Turizm Nazirliyinin binasının bir neçə pəncərəsini sındırıb. Dörd polis əməkdaşı da daxil olmaqla, ümumilikdə 18 nəfər yaralanıb.

Xəbər xətti