Rusiya ABŞ-ın təklifləri ilə razılaşdı

14:10 - 7 İyul 2026 - DÜNYA

Rusiya Ankoric sammitində ABŞ-ın kompromis təkliflərini qəbul etdi; digər şərhlər yersizdir.

Ucnoqta.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bunu mətbuat konfransında bildirib.

"Prezident Putin çox açıq şəkildə bildirdi ki, biz digər həmsöhbətlərimizdən fərqli olaraq, razılaşmalara hörmətlə yanaşırıq. O xatırladıb ki, ötən il iyulun 15-də Alyaskanın Ankoric şəhərində bizə kompromis təklifləri edilib. Və bir az düşündükdən sonra biz onlara razılaşdıq. Mən bütün digər şərhləri - nəyin olub, nəyin olmadığını - yersiz hesab edirəm", - nazir deyib.

Onun sözlərinə görə, Alyaskada Rusiya tərəfinə Zelenskinin ABŞ tövsiyələrini yerinə yetirəcəyi deyilib. Yaxşı, görək Ankarada keçiriləcək NATO sammitindəki görüşün necə nəticələnəcəyini", - Lavrov əlavə edib.

Xəbər xətti