Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasında 2026/2027-ci illər mövsümündə ilk sınağına çıxacaq.
Ucnoqta.az xəbər verir ki, Ağdam klubu I təsnifat mərhələsinin ilk oyununda İslandiyanın "Vestri" komandası ilə qarşılaşacaq. UEFA-nın təqviminə əsasən, görüş iyulun 9-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Cütün cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək. Bu görüşün nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanan komanda müəyyənləşəcək.