Braziliyanın "DÇ-2026"dan çıxmasında Ançelotti günahkardır

12:31 - 6 İyul 2026 - İDMAN

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandanın 1/8 finalda Dünya Kubokundan çıxmasının əsas günahkarıdır.

Ucnoqta.az xəbər evrir ki, AS qəzeti ikiqat Dünya Çempionatı çempionu Ronaldonun fikirlərini dərc edib.

"Karlo Ançelotti futbol tarixinin ən böyük məşqçilərindən biridir, amma bu gecə çoxlu səhvlərə yol verdi. Hələ də Joao Pedronun Dünya Kuboku heyətinə niyə daxil edilmədiyini başa düşmürəm. Onun müstəsna bir mövsümü var, yaxşı formadadır və Braziliyaya fərqli bir şey təklif edə biləcək hücumçu lazım idi", - deyə Ronaldo bildirib.

"Onda gəlin Hendrikə baxaq. Meydana çıxdığı hər dəfə enerji, aqressivlik və gözlənilməzlik nümayiş etdirirdi. Bununla belə, o, Dünya Kubokunun çox hissəsini ehtiyat oyunçular skamyasında keçirib", - deyə o əlavə edib.

O, hesab edir ki, "Real Madrid"in hücumçusu Vinisius da Braziliyanın turnirdən erkən ayrılmasında məsuliyyət daşımalıdır. "Hamımız onun nə qədər istedadlı olduğunu bilirik, amma bu Dünya Kuboku onun üçün yaxşı keçmədi. O, heç vaxt klub futbolunda gördüyümüz oyunçunu göstərmədi. Norveç qalib gəlməyə layiq idi, amma Braziliya matç başlamazdan əvvəl səhvlər edərək rəqiblərinə kömək etdi", - deyə Ronaldo yekunlaşdırıb

Xəbər xətti