AQTA-dan 1 qəpiklik yumurta açıqlaması

16:13 - 22 İyun 2026 - Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər sosial şəbəkələrdə daxili bazarda 3-4 qəpikdən 1 qəiyə qədər təklif edilən yumurtaların keyfiyyəti ilə bağlı yayılan iddialara cavab verib.

Ucnoqta.az xəbər verir ki, AQTA-dan bildirilib ki, ölkədə satışda olan ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri nəzarətdədir:

"Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ərzaqlıq yumurtaların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə daimi olaraq monitorinq və yoxlama-nəzarət tədbirləri aparılır. Keçirilən yoxlamalar zamanı hər hansı bir uyğunsuzluq aşkarlanmayıb. Satışda olan məhsullar müvafiq baytarlıq arayışı və ekspertiza aktları ilə tam təmin olunub".

AQTA həmçinin vətəndaşları ayıq-sayıq olmağa çağırıb və bəyan edib ki, istehlakçılar qida sahəsində, o cümlədən yumurta satışı zamanı hər hansı konkret uyğunsuzluqla qarşılaşarlarsa, faktlarla bağlı dərhal agentliyin "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.

Xatırladaq ki, son günlər Azərbaycanda əvvəllər 10-20 qəpiyə təklif edilən yumurtaların qitmətində kəskin ucuzlaşma müşahidə olunur. 

Xəbər xətti