İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işləri davam edir.
Ucnoqta.az xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı məlumata əsasən, 16–21 iyun 2026-cı il tarixlərini əhatə edən əməliyyatlar zamanı əhəmiyyətli sayda mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
Məlumata görə, ötən həftə ərzində azad edilmiş ərazilərdə 84 piyada əleyhinə mina, 29 tank əleyhinə mina və 514 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.
Hesabat dövründə ümumilikdə 1 710,16 hektar ərazi mina və digər partlayıcı təhlükələrdən təmizlənərək təhlükəsiz hala gətirilib.
ANAMA tərəfindən həyata keçirilən minatəmizləmə tədbirləri işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin sürətləndirilməsi və əhalinin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədinə xidmət edir.