Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah keçidinə 200 Fələstin xüsusi təyinatlı polisi nəzarət edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə mənbəyə istinadən Maan xəbər agentliyi məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu zabitlər arasında Misirdə lazımi təhsili keçmiş polislər də olacaq.
Mənbə onu da təsdiqləyib ki, hazırda oktyabrın 14-nə planlaşdırılan sərhəd-keçid məntəqəsinin açılışına hazırlıq gedir.