İsrailli girovlarla fələstinli əsirlərin mübadiləsi qapalı olacaq

14:05 - 10 Oktyabr 2025 - DÜNYA

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında əldə olunan razılaşmalar çərçivəsində fələstinli məhbusların əvəzində israilli girovların azad edilməsi mətbuatın iştirakı olmadan bağlı qapılar arxasında həyata keçiriləcək. Bu, ABŞ prezidenti Donald Trampın sülh planının birinci mərhələsinin həyata keçirilməsinə dair razılaşmada əksini tapıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, sənədin fotoşəkili İsrailin dövlət televiziyası Kan tərəfindən dərc edilib.

“Girovların və əsirlərin mübadiləsi razılaşdırılmış mexanizmə uyğun olaraq vasitəçilər və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə, heç bir ictimai mərasim və ya mediada işıqlandırılmadan həyata keçiriləcək”, - X səhifəsində yerləşdirilən sazişin mətnində deyilir.

Xəbər xətti