NATO gələn həftə oktyabrın 13-dən başlayaraq illik nüvə simulyasiya edilmiş hərbi təlimini keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Mark Rutte məlumat verib.
Bu, üzv dövlətlərin sülh və sabitliyi qorumağa ehtiyac duyduğu hallarda nüvə silahından istifadə ssenarilərini tətbiq etmək üçün NATO-nun illik təlimidir.
Təlimdə nüvə silahına malik təyyarələr iştirak edir, lakin faktiki nüvə silahlarından istifadə edilmir, simulyasiyadır.