Filippin prezidenti kiçik Ferdinand Markos 7,6 bal gücündə güclü zəlzələdən sonra ölkənin cənubunda sakinlərin təxliyəsi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatının yaydığı məlumatda deyilir.
"Hazırda vəziyyəti qiymətləndiririk və hər kəsin təhlükəsizliyini təmin edirik. Mən Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuraya, Mülki Müdafiə İdarəsinə, Silahlı Qüvvələrə, Filippin Sahil Mühafizəsinə və bütün aidiyyatı qurumlara dərhal sahilyanı ərazilərin boşaldılması, fövqəladə kommunikasiya xətlərinin işə salınması və yerli hakimiyyət orqanları ilə yaxından əlaqələndirilməsi barədə göstəriş vermişəm.
Axtarış-xilasetmə əməliyyatları və ilk tibbi yardımlar artıq hazırlanır və təhlükəsiz olan kimi başlayacaq” - açıqlamada deyilir.
Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bundan əvvəl Davao Oriental, Eastern Samar, Southern Leyte və Surigao del Norte əyalətləri üçün sunami xəbərdarlığı etmiş, sahilyanı ərazilərdə yaşayan sakinləri dərhal yüksək yerlərə təxliyə etməyə çağırmışdı.
Filippində 7,6 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 9:43-də qeydə alınıb. Zəlzələ 10 km dərinlikdə baş verib.