“Sputnik Azərbaycan”ın Bakıda həbsdə olan rəhbəri azadlığa buraxıldı

11:50 - 10 Oktyabr 2025 - Cəmiyyət

Azərbaycan məhkəməsi Sputnik Azərbaycan informasiya agentliyinin rəhbəri İqor Kartavıxi həbsdən azad edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən “Kommersant” qəzeti yazıb.
İqor Kartavıx iyulun 1-də Sputnik Azərbaycan agentliyinin ofisində Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində 4 ay müddətinə həbs edilib.

O, Azərbaycan Cinayət Məcəlləsinin “külli miqdarda ziyan vurmaqla dələduzluq”, “külli miqdarda gəlir əldə etmək məqsədilə qanunsuz sahibkarlıq” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” maddələri ilə ittiham olunub.

Xəbər xətti