Bərdədə təhsil sektoruna yeni təyinat

20:04 - 9 Oktyabr 2025 - ÖLKƏ İÇİ

Bərdə rayonu üzrə təhsil sektoruna yeni rəhbər təyin olunub.

Ucnoqta.az xəbər verir ki, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin müvafiq əmrinə əsasən İsmayılov Nicat Əli oğlu Bərdə rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İsmayılov Nicat Əli oğlu 2003-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsinə qəbul olub. 2007-ci ildə həmin universiteti bitirərək Bərdə rayonu 1 nömrəli Nazırlı kənd tam orta məktəbində tarix müəllimi vəzifəsinə işə qəbul olub.

2010-cu ildən Bərdə şəhəri 3 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətimi davam etdirib. 2019-cu ildə Direktorların İşə qəbulu müsahibəsində uğur qazanaraq Bərdə rayonu V. Sadıqov adına Şirvanlı kənd tam orta məktəbinə direktor təyin edilib.  

2023-cü ildə Bərdə şəhəri 8 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyin edilib.

Xəbər xətti