Hindistanın baş naziri Narendra Modi ABŞ prezidenti Donald Trampla telefonda İsrail və HƏMAS arasındakı münaqişənin həllini, həmçinin ikitərəfli ticarət sazişi üzrə davam edən Hindistan-Amerika danışıqlarını müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, Hindistanın baş naziri bu barədə öz Facebook səhifəsində yazıb.
"Mən dostum prezident Trampla danışdım və onu tarixi Qəzza sülh planının uğuru münasibətilə təbrik etdim. Ticarət danışıqlarında əldə edilən əhəmiyyətli irəliləyişləri də müzakirə etdik. Önümüzdəki həftələrdə sıx əlaqə saxlamağa razılaşdıq", - Modi yazıb.