“Qarabağ”ın oyununa biletlərin qiyməti açıqlanıb

17:31 - 10 Oktyabr 2025 - İDMAN

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik” (Bilbao, İspaniya) - “Qarabağ” matçını stadiondan izləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Klubdan Ucnoqta.az-a verilən məlumata görə, biletlərin qiyməti 110 manat təşkil edir.

Azarkeşlər üçün "San Mames” stadionunda yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayrılıb. 321-ci sektora giriş "Gate 21" vasitəsilə mümkün olacaq. Bildirilib ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı ətraflı məlumat daha sonra paylaşılacaq. Vauçerləri əldə edən şəxslər onları biletə dəyişərkən şəxsiyyəti təsdiq edən sənəd üzərilərində olmalıdır.

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Atletik”-"Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Xəbər xətti