ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə Amerika liderinin onilliklər boyu davam edən böhranların həllinə mühüm töhfəsi haqqında söylədiyi sözlərə görə təşəkkür edib.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə TruthSocial sosial media platformasında yazıb.
"Sağ olun, prezident Putin!".
Amerika lideri bu yazıda Rusiya prezidentinin çıxışının səs yazısından bir parça da paylaşıb. Yazıda Putin qeyd edib ki, Tramp “illər, hətta onilliklər boyu davam edən bu mürəkkəb böhranların həlli üçün həqiqətən də böyük işlər görür”.
ABŞ prezidenti bu postu ABŞ-nin birinci xanımı Melaniya Trampın Ukraynadakı münaqişə nəticəsində didərgin düşmüş uşaqlarla bağlı Rusiya prezidenti ilə əlaqə saxladığını elan etməsindən qısa müddət sonra dərc edib.