Məşhur musiqi qrupunun solisti vəfat edib

20:12 - 10 Oktyabr 2025 - Xəbər

Britaniyanın "The Moody Blues" rok qrupunun solisti və bəstəkarı Con Lodc 82 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” musiqiçinin ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Lodca qrupun yaranmasından iki il sonra, 1966-cı ildə "The Moody Blues"a qoşulmuşdu. 2018-ci ildə canlı çıxışını dayandırana qədər qrupda qaldı.

Agentliyin məlumatına görə, mövcud olduğu müddət ərzində "The Moody Blues" bütün dünyada 70 milyondan çox albom satıb. 

Xəbər xətti