Tramp bildirib ki, Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
Ucnoqta.az xəbər verir ki, oktyabrın 9-da Ağ Evdə ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi mümkünlüyünü açıqlayıb.
“Bəli, bəlkə də edərəm” -jurnalistlərin sualına cavbda deyib.
Bundan başqa, Amerika lideri qeyd edib ki, ABŞ Avropadakı hərbi mövcudluğunu azaltmaq niyyətində deyil.
Bununla belə, o, əlavə edib ki, Amerika tərəfi qoşunların yerləşdirilməsinin ən mənalı olduğu yerləri qiymətləndirdikdən sonra “yenidən yerləşdirilə” bilər.