İordaniya kralı II Abdullah Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə oktyabrın 13-də Şarm əl-Şeyxdə keçiriləcək “sülh sammitində” iştirak edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mamlaka” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, monarx ABŞ və Misirin sədrliyi ilə 20 ölkənin liderləri ilə görüşə dəvət olunub.
Bundan əvvəl Amerikanın Axios portalı xəbər vermişdi ki, qarşıdan gələn sammitdə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.